Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hörmüz boğazı yenidən açılır?

User 04 Avqust 2026 - 14:12
hormuz

İran Hörmüz boğazında dəniz ticarətinin bərpası ilə bağlı Omanla mühüm razılaşmaya yaxınlaşıb. Bu barədə “The New York Times” qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mümkün razılaşmaya əsasən, Fars körfəzinə daxil olan gəmilər İranın nəzarət etdiyi və ölkə sahillərinə yaxın gəmiçilik kanalından, körfəzdən çıxan gəmilər isə Oman sahillərinə yaxın marşrutdan istifadə edəcək.

Məlumata görə, İran rəsmiləri keçid üçün ayrıca rüsum tətbiq olunmayacağını bildiriblər. Bununla belə, naviqasiya xidmətləri, ətraf mühitin qorunması, yük gəmiləri və tankerlərin təhlükəsizliyi, eləcə də ekipaj xərclərini əhatə edən “xidmət haqqı” nəzərdə tutulur. Əldə ediləcək gəlirin İran və Oman arasında bərabər bölüşdürülməsi planlaşdırılır.

Lakin ABŞ administrasiyası bu məlumatlara fərqli yanaşır. Qəzetə danışan amerikalı rəsmi bildirib ki, Hörmüz boğazından istifadə edəcək müvəqqəti gəmiçilik marşrutları Tehranın təsdiqini tələb etməyəcək və heç bir rüsum tətbiq olunmayacaq.

Nəşrin yazdığına görə, Pentaqonun bəzi yüksəkvəzifəli nümayəndələri təklif olunan razılaşmaya ehtiyatla yanaşır. Onlar hesab edirlər ki, bu addım İrana güzəşt kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, İran daxilində də tərəddüdlər var. Qəzet qeyd edir ki, bəzi İran rəsmiləri razılaşmanın tam şəkildə həyata keçiriləcəyinə və bunun ABŞ-la mümkün yeni hərbi eskalasiyanın qarşısını alacağına şübhə ilə yanaşırlar.

Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Burada əldə olunacaq hər hansı razılaşma qlobal enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərə bilər.

AzPost.az

Post navigation

Previous: Ceyhun Bayramovdan mühüm açıqlamalar –
Next: Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

Oxşar xəbərlər

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.