Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin yeni qanunu imzaladı –

User 04 Avqust 2026 - 22:52 (Last updated: 04 Avqust 2026 - 22:28)
putin can

Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi, müvəqqəti və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi qaydalarını sərtləşdirən, həmçinin əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına əsas verən halların siyahısını genişləndirən qanunu imzalayıb.

Xəbər verir ki, sənədə əsasən, hər hansı cinayətə görə üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş əcnəbilərə Rusiya vətəndaşlığının, müvəqqəti yaşamaq icazəsinin və daimi yaşayış icazəsinin verilməsindən imtina ediləcək. Əgər həmin sənədlər artıq verilibsə, sonradan müvafiq məhkumluq halı aşkar edildiyi zaman onlar ləğv olunacaq.

Qanuna əsasən, müraciət edilməzdən ən geci üç ay əvvəl yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş məhkumluğun olub-olmaması barədə sənədin təqdim edilməsi məcburi olacaq. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər isə onların hər biri üzrə müvafiq sənədləri təqdim etməlidirlər.

Yeni tələblər 14 yaşdan kiçik əcnəbi vətəndaşlara, qaçqın statusu almış və ya Rusiyada siyasi sığınacaq əldə etmiş şəxslərə, həmçinin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş əcnəbilərə şamil edilmir.

Bundan başqa, dövlət başçısı əcnəbi vətəndaşların Rusiyadan inzibati qaydada çıxarılmasına səbəb olan inzibati xətaların siyahısını genişləndirən qanunu da imzalayıb. Bununla əlaqədar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayı 22-dən 45-ə çatdırılıb.

Yeni qaydalara əsasən, xüsusilə icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəlmiş hərəkətlər, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar, ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar, xırda xuliqanlıq, ayrı-seçkilik, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət sərhədində xidmət aparan hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də ekstremist fəaliyyətlə bağlı bir sıra inzibati xətalara görə əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması nəzərdə tutulur.

Qanunda, həmçinin miqrasiya qanunvericiliyinin ayrı-ayrı tələblərinin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur. Bu pozuntulara əcnəbi vətəndaşların qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, onların qanunsuz şəkildə işə cəlb edilməsi, habelə ölkəyə giriş, ölkədə qalma və dövlət sərhədini keçmə qaydalarının pozulması daxildir.

AzPost.az

Post navigation

Previous: Rusiya iyulda Ukraynaya 8300-dən çox aviabomba atıb
Next: Qətər əmiri Trampla İranı müzakirə edib

Oxşar xəbərlər

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.