Rusiya Avropadan quş əti tranzitini qadağan etdi

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Avropa İttifaqından quş əti və quş mənşəli subməhsulların Rusiya ərazisindən tranzit daşınmasına müvəqqəti qadağa tətbiq edib.

Qurumun məlumatına görə, məhdudiyyətlər avqustun 5-dən qüvvəyə minəcək.

Bildirilir ki, qərar heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, istehlakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də Almaniya mənşəli kimi təqdim edilən quş subməhsullarının Polşa üzərindən qanunsuz daşınması faktının aşkarlanması ilə əlaqədar qəbul edilib.

Rosselxoznadzor qeyd edib ki, məhdudiyyətlər Avropa Komissiyası ilə aparılacaq danışıqlar və araşdırmanın nəticələri yekunlaşana qədər qüvvədə qalacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.