“Sosial Dayaq” İctimai Birliyinin həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” layihəsi çərçivəsində hərəkət məhdudiyyətli uşaq və gənclərə həm ailələrdə, həm də QHT-nin ofisində dəstək göstərilir.
Hər bir uşağın və gəncin ehtiyacına uyğun təlimlər muəyyən edilir və təlimlər təcrübəli mütəxəssislət tərəfindən aparılır.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirilir.
Layihədə 18 yaşa qədər xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər iştirak edirlər. Təlimlərə uşaqların valideyinləri də cəlb olunur.
Təlimlər zamanı uşaqlara ünsiyyət bacarıqları, göz kontaktının qurulması, əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi, yazı və oxu texnikasına hazırlıq, nitq inkişafı, fiziki inkişaf, sosial və özünəxidmət bacarıqları və s. bacarıqlar öyrədilir.
Təlimlərə valideyinlərin cəlb olunması layihənin səmərəliliyini daha da artırır.
Layihə başa çatdığı zaman onlar mütəxəssis məsləhəti ilə uşaqlarına kömək edə biləcək və öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər.
Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə maarifləndirmə işi aparılır.



