Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yadplanetlilər Yerə 1,2 milyon il əvvəl gəliblər –

User 07 Avqust 2026 - 10:20 (Last updated: 07 Avqust 2026 - 08:28)
uno yad planet

NASA-nın Ames Tədqiqat Mərkəzinin keçmiş elmi əməkdaşı, Nyu-York Dövlət Universitetinin Olbani kampusunun astrofiziki Kevin Knut hesab edir ki, əgər yadplanetli sivilizasiyalar həqiqətən Yer kürəsini ziyarət ediblərsə, bunun böyük ehtimalla 1 milyon ildən də çox əvvəl baş verdiyini düşünmək olar.

Alim bu qənaətini hipotetik kosmik sivilizasiyaların qalaktikada yayılmasının kompüter modelləşdirilməsinə əsaslandırıb. Bu barədə Popular Mechanics jurnalı yazıb.

Knutun sözlərinə görə, o, ulduzlararası uçuşlar həyata keçirə bilən 10 milyon sivilizasiyanın inkişafını modelləşdirib. Hesablamalar zamanı kosmik gəmilərin sürəti, sivilizasiyaların mövcudluq müddəti, uçuş məsafəsi və yeni ulduz sistemlərini koloniyalaşdırmaq ehtimalı nəzərə alınıb.

Hesablamalar göstərib ki, ulduzlararası sivilizasiyanın Yerə çatma ehtimalı təxminən 0,000405 faizdir.

Lakin belə bir ziyarət həqiqətən baş veribsə, modelə əsasən bunun yaxın keçmişdə deyil, orta hesabla 1,2 milyon il əvvəl baş verməsi ehtimal olunur.

Alim həmçinin bəzi naməlum anomal hadisələrin (UAP) – əvvəllər UFO adlandırılan obyekt və hadisələrin – yerüstü olmayan mənşəyə malik ola biləcəyini ehtimal edir.

Knut bununla bağlı hərbi obyektlərin və nüvə infrastrukturlarının yaxınlığında UAP müşahidələri barədə ayrı-ayrı məlumatları nümunə göstərir.

Bununla belə, alim vurğulayır ki, bu cür obyektlərin mənşəyi hələ də məlum deyil və onların təbiətini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Kevin Knut UAPx layihəsində və ABŞ-ın naməlum anomal hadisələrin öyrənilməsi üzrə Elmi Məsləhət Şurasının fəaliyyətində iştirak edir. O, bu hadisələrin elmi metodlarla araşdırılmasının tərəfdarıdır.

AzPost.az

Post navigation

Previous: ABŞ-da işləyənlərin yarısı işdə süni intellektdən istifadə edir
Next: Ukraynada referendum olsa, nəticə necə olacaq?

Oxşar xəbərlər

pehriz
  • Maraqlı

Arıqlamağa mane olan beş vərdiş

User 09 Noyabr 2026 - 13:48
seher yemeyi
  • Maraqlı

Səhər yeməyində bu 8 qidanı yeməyin – Təzyiqi yüksəldə, ürəyə zərər verə bilər

User 09 Noyabr 2026 - 12:04
burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.