Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən binalarda cari təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min manat təşkil edir.
Müsabiqə sənədlərinə əsasən, satınalma çərçivəsində Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzildə cari təmir işlərinin görülməsi nəzərdə tutulur.