Bu gün 3 rayonda elektrik kəsiləcək –Saatlar və ünvanlar açıqlandı

Bu gün, avqustun 10-da ölkənin bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə bir sıra 10 kV-luq hava xətlərində planlı təmir işləri aparılacaq.

Bu səbəbdən Yevlax, Ağdaş və Göyçay rayonlarının bəzi ərazilərində gün ərzində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Yevlaxda elektrik nə vaxt kəsiləcək?

Yevlax Elektrik Şəbəkəsinin xidmət ərazisində elektrik enerjisinin verilişində məhdudiyyətlər müxtəlif saatlarda tətbiq olunacaq.

09:00-dan 12:00-dək – Qoyunbinəsi kəndində;

10:00-dan 15:00-dək – Yevlax şəhərində Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Bakı küçələrinin bir hissəsində.

Ağdaşda bu kəndlərdə işıq olmayacaq

Ağdaş Elektrik Şəbəkəsinin xidmət ərazisində də planlı təmir işləri aparılacaq.

10:00-dan 13:00-dək Bulaqotağı, Yuxarı Qəsil, Qarağan Şıxlar, Qarağan Sədi, Kükəl, Ərəb və Hüşün kəndlərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Göyçayda hansı küçələrdə işıq kəsiləcək?

Göyçay şəhərində isə elektrik enerjisinin verilişi 10:00-dan 15:00-dək məhdudlaşdırılacaq.

Fasilə Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrini əhatə edəcək.

“Azərişıq” bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması təmin ediləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.