Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

User 10 Avqust 2026 - 13:43
iran xin numa

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün əsas şərti açıqlayıb. Tehran hesab edir ki, ABŞ-ın hərbi-dəniz blokadası davam etdiyi müddətdə boğazdan təhlükəsiz gəmiçiliyin bərpası üçün lazımi şərait mövcud deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ destruktiv fəaliyyətini dayandırmalı və yaranmış vəziyyətlə bağlı məsuliyyətini aradan qaldırmaq üçün addımlar atmalıdır. Bundan sonra tərəflər növbəti mərhələləri müzakirə edə bilərlər.

Hörmüzdən keçən gəmilərdən rüsum alınacaq?

Bəqai Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumunun alınması ehtimalına da münasibət bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirələr hələ davam edir. Danışıqlar zamanı gəmiçiliyin təhlükəsizliyinə nəzarət mexanizmləri, ekoloji məsələlər və dəniz xidmətlərinin göstərilməsi də müzakirə olunub.

İran rəsmisi qeyd edib ki, bu xidmətlərin göstərilməsi təbii olaraq müəyyən ödənişlərin alınmasını nəzərdə tutur.

Hörmüz boğazının təhlükəsizliyinə kim cavabdeh olacaq?

Bəqainin sözlərinə görə, ABŞ-la imzalanmış anlaşma memorandumu Hörmüz boğazının gələcək idarə olunması ilə bağlı məsuliyyəti İrana həvalə edir.

Bu çərçivədə İranın əsas vəzifələri arasında gəmiçilik marşrutunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən su yolunun mühafizəsi və mümkün minalardan təmizlənməsi nəzərdə tutulur.

İran XİN rəsmisi bildirib ki, bu məsələnin iki sahilyanı dövlət – İran və Oman arasında razılaşdırılması lazımdır.

Gəmiçilik üçün yeni marşrut yaradılacaq

Bəqai bildirib ki, razılaşma əldə edildikdən sonra şimal və cənub marşrutlarının birləşdirilərək vahid mərkəzi marşruta keçirilməsi planlaşdırılır.

İran rəsmisi hazırkı vəziyyətin yaranmasına görə ABŞ-ı günahlandırıb. Onun sözlərinə görə, Vaşinqton Pakistanla imzalanmış anlaşma memorandumuna zidd olan marşrut yaradıb.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. Buna görə boğazda gəmiçiliyin bərpası ilə bağlı İran və ABŞ arasında razılaşmanın əldə olunması neft bazarının və qlobal enerji tədarükünün gələcək vəziyyəti baxımından da mühüm amil hesab olunur.

AzPost.az

Post navigation

Previous: Ukrayna Tatarıstana PUA-larla zərbə endirib
Next: Bakıda ev almaq istəyənlər üçün 7 sərfəli rayon –

Oxşar xəbərlər

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
putin
  • Dünya

“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin

User 19 Noyabr 2026 - 17:05

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.