Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Neftçalada iqlim riskləri üzrə ilk təlim keçirilib

User 11 Avqust 2026 - 12:25 (Last updated: 11 Avqust 2026 - 13:00)
qht neftcala

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın maliyyə yardımı ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı” layihəsi çərçivəsində, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə ilk təlim keçirilib.

 “İqlim risklərinə giriş, proqramın təqdimatı, lokal kontekst” mövzusunda keçirilən təlimdə Neftçala rayonundan 31 nəfər iştirak edib.

Təlimin əsas məqsədi iştirakçıların iqlim dəyişiklikləri və iqlim riskləri barədə ilkin biliklərinin artırılması, iqlim risklərinin yerli səviyyədə yaratdığı təsirlərin müzakirəsi və onların idarə olunmasına dair praktiki yanaşmaların təqdim edilməsi olub.

Təlim ekoloq, hidroloq və iqlim dəyişiklikləri üzrə mütəxəssis Amin Məmmədov tərəfindən keçirilib. Təlim zamanı iqlim dəyişiklikləri və iqlim riskləri, onların yerli sosial-iqtisadi fəaliyyətə mümkün təsirləri, risklərin vaxtında müəyyənləşdirilməsi və idarə olunmasının əhəmiyyəti barədə məlumat verilib.

Təlim çərçivəsində, həmçinin layihənin məqsəd və vəzifələri, qarşıdakı fəaliyyət istiqamətləri və iştirakçılar üçün nəzərdə tutulan təlim proqramı təqdim olunub. Neftçala rayonunun lokal xüsusiyyətləri, iqlim risklərinə həssaslığı və yerli səviyyədə mövcud imkanlar iştirakçılarla müzakirə edilib. Layihə çərçivəsində növbəti mərhələlərdə iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə və ESG yanaşmaları, yerli tətbiq modelləri və praktiki alətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimin təşkilində və iştirakçıların cəlb olunması prosesində göstərdiyi təşkilati dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk. Yerli qurumların və icma nümayəndələrinin layihəyə cəlb olunması onun praktiki nəticələrinin və davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təlimin keçirilməsi üçün məkan və təşkilati şəraitin təmin edilməsinə görə Neftçala Olimpiya İdman Kompleksinə də təşəkkürümüzü bildiririk.

Layihənin növbəti mərhələləri çərçivəsində keçiriləcək tədbirlər və əldə olunacaq nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Fotolar

Fotolar

AzPost.az

Post navigation

Previous: Bakıda evlər ucuzlaşacaq? Bazarda yeni mərhələ başladı
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47

xƏBƏR

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Dublində dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. İrlandiya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə...
Read more about Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.