Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir

Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlik məlumatda qeyd edib ki, Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb.

“Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır. Təbrik edirik, Azərbaycan!”- səfirlik qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.