Bakı-Quba yolunun ödənişli hissəsində iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Sitat.info-nun əldə etdiyi məlumata görə, hadisə avqustun 15-də magistralın 122-ci kilometrliyində qeydə alınıb.
Qəza nəticəsində “Maserati” və “BMW” markalı avtomobillər yoldan çıxaraq aşıb. Hər iki avtomobil ciddi zədələnərək yararsız vəziyyətə düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi, həmçinin qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Qəza sonrası avtomobillərin görüntüləri yayılıb.