Rusiyada miqrantlara yeni qadağa təklifi –Taksi, təhsil və səhiyyədə işləməsinlər

Rusiyada miqrantların sosial sahələrdə, o cümlədən təhsil, səhiyyə və taksi xidmətlərində işləməsinə qadağa qoyulması təklif edilib.

Bu təkliflə “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov çıxış edib.

Mironov TASS-da keçirilən mətbuat konfransında bildirib ki, miqrantların sosial sahələrdə işləməsinə qadağa qoyulmalıdır. Onun sözlərinə görə, bir sıra regionlar artıq bu istiqamətdə müvafiq qərarlar qəbul edib.

“Onların təhsildə işləməsinə ehtiyac yoxdur, səhiyyədə işləmələrinə ehtiyac yoxdur, vətəndaşlarımızı taksidə daşımaqla məşğul olmalarına da ehtiyac yoxdur”, – Mironov deyib.

O, bir çox miqrantın rus dilini bilmədiyini də iddia edib. Siyasətçinin sözlərinə görə, xarici ölkələrdən gələn taksi sürücüləri bəzən şəhəri yaxşı tanımır və yol hərəkəti qaydalarını pozurlar.

Mironov əlavə edib ki, Rusiyada patent sisteminin də ləğv edilməsi zəruridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.