ABŞ prezidenti Donald Trampın kiçik oğlu Barronun uşaqlıqdan ciddi qaydalarla böyüdüldüyü bildirilir. Radar Online yazır ki, siyasətçi oğlunun tərbiyəsində xüsusilə bəzi vərdişlərə qarşı sərt mövqe tutub.
Trampın Barrona qoyduğu qaydalar arasında alkoqol, siqaret və narkotikdən uzaq durmaqla yanaşı, tatuya da qəti qadağa olub. Siyasətçi oğlunun bədənində heç vaxt döymə görmək istəmədiyini bildirib.
“Mən yalnız əla qiymət istəyirəm”
Şəbəkədə yayılan arxiv görüntülərində Barronun 5 yaşında bağçaya getməzdən əvvəl atası ilə söhbəti də diqqət çəkir. Tramp oğluna “Mən yalnız əla qiymət istəyirəm” deyir. Uşaq isə qısa şəkildə “Yaxşı” cavabını verir.
Məqalədə qeyd olunur ki, Barron atasından ambisiya və biznesə maraq kimi xüsusiyyətləri də mənimsəyib. Hazırda 20 yaşlı gəncin Nyu-York Universitetində biznes istiqamətində təhsil aldığı bildirilir.
Tramp isə əvvəlki açıqlamalarında sıx iş qrafiki səbəbindən uşaqları ilə kifayət qədər vaxt keçirə bilmədiyini etiraf edib. Barronun tərbiyəsində anası Melaniyanın da xüsusi rol oynadığı vurğulanır.