Oman İranın Hörmüz boğazından keçən gəmilərdən birgə ödəniş toplanması təklifini rədd edib.
Bu barədə “The New York Post” yüksəkvəzifəli regional məmura istinadla məlumat yayıb.
Məlumata görə, Oman ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq məqsədilə boğazda təhlükəsizlik və ətraf mühitin qorunması üçün könüllü ianələr ideyasını da qəbul etməyib.
Bundan əvvəl Tramp Omanın İranla danışıqlardakı mövqeyindən narazılığını bildirib. ABŞ rəsmilərinin fikrincə, rəsmi Maskat Tehranla Hörmüz boğazına nəzarət məsələsində həddindən artıq güzəştlərə gedib.