Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

User 04 Sentyabr 2026 - 11:41 (Last updated: 04 Sentyabr 2026 - 11:41)

“30 il ərzində Azərbaycan Avropa İttifaqının mühüm və etibarlı enerji tərəfdaşına çevrilib. Biz qürur duyuruq ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıyıq”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masadakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Aİ münasibətləri dinamikdir: “Bu, çox diplomatik ifadədir, lakin münasibətlərimizdə dinamizm getdikcə daha da artır, münasibətlərimizi dərinləşdiririk. Mən ötən il sentyabrın 2-də Azərbaycana gəlmişəm. Həmin vaxtdan etibarən üç Aİ komissarı ilə görüşmüşəm. Bu, nazir səviyyəsinə bərabər bir vəzifədir. Həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanda səfərdə olub”, – səfir qeyd edib.

O, iyulda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etdiyini, bunun ikitərəfli münasibətlərin daha dinamik xarakter aldığını göstərdiyini vurğulayıb: “Bu, həm də səfərlərdə görünməmiş bir saydır. Adətən səfirlər öz mandatları ərzində prezidentlə bir və ya iki dəfə görüşə bilirlər. Lakin ilk 10 ay ərzində onların hamısını Azərbaycanda qəbul etmişik. Bu, çox vacibdir. 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində onların yenidən Azərbaycana gələcəyini gözləyirəm”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, Ursula fon der Lyayenin səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional sülh və bağlantı məsələləri müzakirə olunub.

O bildirib ki, fon der Lyayen Azərbaycanı Aİ-nin strateji tərəfdaşı adlandırıb və ölkənin etibarlı enerji tərəfdaşı kimi mühüm rolunu qeyd edib.

Mariyana Kuyundziçin sözlərinə görə, həmin səfər zamanı regional sülh təşəbbüslərini dəstəkləmək məqsədilə 20 milyon avroluq paket elan edilib. Bu vəsait səhiyyə, minatəmizləmə, yerli icmaların inkişafı, su idarəçiliyi, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldiləcək.

AzPost.az

Post navigation

Previous: Sentyabrda bağınız üçün bunları edin
Next: Biz İranla danışmırıq –

Oxşar xəbərlər

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
ilham iet
  • Siyasət

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

User 26 Oktyabr 2026 - 13:33

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.