Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dünyada milyarderlərin sayı rekord həddə çatdı

User 04 Sentyabr 2026 - 23:16 (Last updated: 04 Sentyabr 2026 - 23:00)
milyarderler

2025-ci ildə dünyada dollar milyarderlərinin sayı 8,2% artaraq rekord həddə – 3 795 nəfərə çatıb. Bu barədə özəl kapital sahəsində araşdırmalar aparan analitik şirkət Altratanın məlumatında bildirilir.

Milyarderlərin sayındakı artım tempi son 5 ilin ən yüksək göstəricisi olub. Altrata bunu dünya üzrə sərvətlərin artımını sürətləndirən süni intellekt (AI) bumu ilə əlaqələndirir.

Şirkətin hesabatına görə, dünya milyarderlərinin ümumi sərvəti 12,8% artaraq rekord həddə – 15,1 trilyon dollara yüksəlib.

Hesabata əsasən, dünyada sərvəti 50 milyard dollardan çox olan 29 supervarlı şəxs var. Onların ümumi sərvəti təxminən 4,1 trilyon dollar təşkil edir. Bu, bütün milyarderlərin ümumi sərvətinin 27%-nə bərabərdir.

Müqayisə üçün, 2017-ci ildə sərvəti 50 milyard dollardan çox olan cəmi 10 nəfər vardı və onların payına dünya milyarderlərinin ümumi sərvətinin yalnız 7,2%-i düşürdü.

Altrata-nın araşdırma və analitika departamentinin rəhbəri Maya İmberq bildirib ki, süni intellekt sahəsindəki bum milyarderlərin sərvətləri arasındakı fərqin daha da artmasına səbəb olub. Onun sözlərinə görə, texnologiya şirkətlərinin səhmlərinin bahalaşması rekord sərvətlərin yaranmasına gətirib çıxarsa da, AI şirkətlərinin səhmləri ilə bağlı sərvətlərin dinamikası kifayət qədər dəyişkən ola bilər.

Altrata-nın məlumatına görə, 2025-ci ildə Şimali Amerikada milyarderlərin sayı 11,6% artaraq 1 337 nəfərə çatıb. Bu, bütün regionlar arasında ən yüksək artım tempidir.

Avropada milyarderlərin sayı 7,9% artaraq 1 081 nəfərə, Asiyada isə 6,5% artaraq 881 nəfərə yüksəlib.

AzPost.az

Post navigation

Previous: OpenAI-nin süni intellekt agentləri alman saytını ələ keçirdi
Next: MKİ direktoru Putini razı sala bilmədi –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.