Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

500 qoyuna cəmi 2 min manat subsidiya –

User 07 Sentyabr 2026 - 21:21 (Last updated: 07 Sentyabr 2026 - 21:21)
qoyun

Aqrar Subsidiya Şurasının xırdabuynuzlu heyvandarlıqla bağlı yeni qərarı fermerlər arasında müzakirələrə səbəb olub. Qərara əsasən, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 baş və ya daha çox xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın əsas şərtlərindən biri isə istifadə olunan örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

İqtisadçı ekspert Razi Abbasbəylinin fikrincə, qərarın məqsədi müsbət olsa da, müəyyən edilmiş meyarlar və subsidiya məbləği ciddi suallar doğurur.

Ekspert hesab edir ki, ilk növbədə 100 hektar örüş və ya otlaq sahəsi və 500 başdan artıq xırdabuynuzlu heyvanı olan təsərrüfat artıq kifayət qədər böyük təsərrüfatdır. Belə bir təsərrüfat üçün hər heyvana 4 manat subsidiya verilməsi real xərclər fonunda ciddi dəstək sayıla bilməz.

Məsələn, 500 baş qoyunu olan təsərrüfatın alacağı illik subsidiya cəmi 2 min manat təşkil edir. Halbuki belə təsərrüfatın yem, çoban, yanacaq, su, baytarlıq və digər xərcləri bununla müqayisədə dəfələrlə çoxdur.

Razi Abbasbəylinin fikrincə, burada əsas məsələ subsidiya mexanizminin kimin üçün nəzərdə tutulmasıdır. Çünki ölkədə əsas problem iri təsərrüfatların deyil, kiçik və orta heyvandarlıq təsərrüfatlarının davamlılığının təmin edilməsidir:  “20, 30, 50 və ya 100 baş heyvan saxlayan kəndlinin nə 100 hektar örüş sahəsi, nə də 500 başlıq sürüsü var. Halbuki heyvandarlığın əsas yükünü məhz bu təsərrüfatlar daşıyır. Onların yem xərcləri artır, heyvan saxlamaq çətinləşir və nəticədə bir çox kəndli təsərrüfatını azaltmağa və ya tamamilə satmağa məcbur olur”, – ekspert bildirir.

Onun sözlərinə görə, subsidiya siyasətinin əsas hədəfi yalnız iri təsərrüfatların dəstəklənməsi deyil, kəndlinin heyvandarlıqdan çıxmasının qarşısını almaq olmalıdır.

Ekspert xüsusilə ət bazarındakı vəziyyətə diqqət çəkir. Xırda və orta təsərrüfatların sayının azalması gələcəkdə ölkənin daxili ət istehsalına mənfi təsir göstərə, nəticədə bazarın idxaldan asılılığını artıra bilər. Razi Abbasbəylinin fikrincə, əgər məqsəd ət istehsalını artırmaq və qiymət artımının qarşısını almaqdırsa, subsidiya mexanizmləri daha geniş fermer kütləsini əhatə etməlidir: “Dövlət dəstəyinin məqsədi statistik göstəricini yaxşılaşdırmaq yox, kəndlinin təsərrüfatını qoruyub saxlamasına imkan yaratmaq olmalıdır. Kiçik fermer təsərrüfatını saxlaya bilmirsə, bu, bir müddət sonra həm istehsala, həm də istehlakçı üçün ətin qiymətinə təsir göstərəcək”, – ekspert qeyd edir.

O hesab edir ki, subsidiya verilərkən yalnız heyvanların sayı və torpaq sahəsinin ölçüsü deyil, təsərrüfatın real xərcləri, istehsal imkanları və regionların xüsusiyyətləri də nəzərə alınmalıdır.

“Əgər kəndlinin təsərrüfatını saxlamaq üçün real dəstəyə ehtiyacı varsa, 500 baş heyvana 2 min manatlıq illik subsidiya onun problemini həll etməyəcək. Əksinə, kiçik və orta təsərrüfatların da sistemə daxil edilməsi daha effektiv nəticə verə bilər”, – Razi Abbasbəyli vurğulayır.

Ekspertin fikrincə, heyvandarlığın qorunması yalnız bu gün bazardakı qiymətlərin sabitləşdirilməsi baxımından deyil, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Buna görə də subsidiya siyasətinin əsas hədəfi kəndlinin təsərrüfatını davam etdirməsinə şərait yaratmaq olmalıdır.

S.Abdulla

AzPost.az

Post navigation

Previous: Rusiya seçkidən sonra Ukrayna ilə danışıqlara hazırlaşır –
Next: Trampın paylaşdığı xəritə dünya gündəmini qarışdırdı –

Oxşar xəbərlər

neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
valyuta
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz

User 21 Oktyabr 2026 - 09:59
neft kemer
  • İqtisadiyyat

Azərbaycan 9 ayda neft-qaz satışından 7,78 milyard gəlir əldə edib

User 16 Oktyabr 2026 - 16:14

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.