Kursk vilayətində iki Su-35S qırıcısı toqquşub. İlkin məlumata görə, pilotlardan biri həlak olub.
Bu barədə Fighterbomber adlı Z-kanal məlumat yayıb.
Daha sonra məlumatı Kurskda fəaliyyət göstərən “Pepel” nəşri də yayıb. Nəşrin məlumatına görə, pilotlardan biri katapult edə bilib və yaralanıb, digər pilot isə həlak olub.
Xəbər yayıldığı vaxt rəsmi şəxslər məlumatı hələ təsdiqləməyiblər.