Dünyada mal əti qıtlığı gözlənilir –İstehsal 2026-cı ildə azalacaq

2026-cı ildə dünyada mal əti istehsalı 2025-ci illə müqayisədə 2–3% azalacaq.

Bu barədə RaboResearch təşkilatı Global Beef Quarterly Q3 2026 adlı rüblük hesabatında məlumat yayıb.

Ticarətdə yaranan fasilələr dünya üzrə mal əti axınlarının yenidən bölüşdürülməsinə səbəb olmağa başlayır. Buna səbəb qlobal ehtiyatların azalmaqda davam etməsi və mal-qaranın qiymətlərinin yüksək olaraq qalmasıdır”, – təşkilatın analitikləri bildiriblər.

Çinin tətbiq etdiyi idxal kvotası səbəbindən Avstraliyanın Çinə mal əti ixracı iyun ayından etibarən kəskin azalıb. Bu barədə “Aqroeksport” məlumat yayıb.

Bundan əlavə, Çinin müəyyən etdiyi kvotaya yaxınlaşdıqca avqust ayında Braziliyadan Çinə mal əti tədarükünün də azalacağı gözlənilir.

Çin tərəfindən müəyyən edilmiş kvotanın tükənməsi, eləcə də Avropa İttifaqına tədarükün dayandırılacağı ilə bağlı gözləntilər Braziliyanın mal əti bazarında dəyişikliklərə səbəb olacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.