Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Sinqapurda Baş nazirin maaşı artırılır –

User 08 Sentyabr 2026 - 22:30 (Last updated: 08 Sentyabr 2026 - 22:00)
sinqapur bas nazir

Sinqapur hökuməti baş nazir Lourens Vonq da daxil olmaqla nazirlərin və digər yüksək vəzifəli şəxslərin maaşlarını artıracaq.

BBC News xəbər verir ki, Vonq hazırda dünyanın ən yüksək maaş alan siyasi lideri olaraq qalır.

Baş nazirin illik gəlir paketi 60 faizdən çox artırılaraq 2,2 milyon Sinqapur dollarından 3,6 milyon Sinqapur dollarına çatdırılacaq. Bu, təxminən 2,8 milyon ABŞ dollarıdır. Vonq bildirib ki, maaş artımı nəticəsində əldə edəcəyi təxminən 1,4 milyon Sinqapur dollarını (1,1 milyon ABŞ dolları) növbəti beş il ərzində tam şəkildə xeyriyyə məqsədlərinə yönəldəcək.

Vonq maaş artımını dövlət xidmətinə ən bacarıqlı mütəxəssislərin cəlb edilməsi zərurəti ilə izah edib. Onun sözlərinə görə, hökumət özəl sektorda aparıcı biznesmenlərin əldə etdiyi gəlirlərlə rəqabət apara bilməz. Lakin biznes sahəsindən siyasətə keçmək istəyən şəxslər üçün əlavə maliyyə maneəsi yaradılmamalıdır.

Nazirlərin maaşları da artırılacaq. Hazırda onların illik əsas gəlir paketi təxminən 1,1 milyon Sinqapur dollarıdır. İslahatdan sonra bu məbləğ 1,2 milyon dollara çatacaq. Hökumətin fəaliyyətinin nəticələrindən asılı ödənişlər də nəzərə alınmaqla, nazirlərin hazırkı səlahiyyət müddətinin sonunda təxminən 1,35 milyon Sinqapur dolları qazanması mümkün olacaq.

Maaşın bir hissəsi işsizlik səviyyəsi, əhalinin gəlirlərinin artımı və ÜDM kimi iqtisadi göstəricilərin əldə olunan nəticələrindən asılı olacaq.

Vonq yüksək maaşların ölkə sakinlərinin əksəriyyətinin gəlirlərindən xeyli çox olduğunu və bunun suallar doğurduğunu etiraf edib. Sinqapurda median aylıq gəlir 5 775 Sinqapur dollarıdır.

Qərar yaşayış xərcləri, inflyasiya, iş yerlərinin ixtisarı və universitet məzunlarının iş tapmaqda çətinlik çəkməsi ilə bağlı narahatlıqlar fonunda artıq tənqid edilir. Son rübdə Sinqapurda iş yerlərinin ixtisarı beş ildən çox müddət ərzində ən yüksək həddə çatıb.

Bununla belə, Sinqapur hökuməti uzun illərdir yüksək dövlət maaşlarının siyasətə ixtisaslı insanların cəlb olunmasına və korrupsiya riskinin azaldılmasına kömək etdiyini bildirir. Ölkə “Transparency International” təşkilatının Korrupsiyanın Qavranılması İndeksində davamlı olaraq ən yüksək mövqelərdən birini tutur.

Məsələ hakim Xalq Hərəkatı Partiyası üçün isə həssas olaraq qalır. Sinqapurun müstəqillik əldə etdiyi vaxtdan hakimiyyətdə olan partiyanın 2011-ci il seçkilərində zəif nəticə göstərməsinin səbəblərindən biri nazirlərin maaşları və miqrasiya siyasəti ilə bağlı narazılıq olmuşdu. Bundan sonra hökumət nazirlərin gəlirlərini azaltmışdı.

Vonqdan əvvəl baş nazir vəzifəsində çalışan Li Syan Lun da 2007-ci ildə həyata keçirilən analoji islahatdan sonra maaşındakı artımı xeyriyyə məqsədlərinə yönəldəcəyini vəd etmişdi.

AzPost.az

Post navigation

Previous: Payızda bağçanı qışa hazırlamaq üçün 5 vacib iş
Next: ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.