Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bloomberg:

User 09 Sentyabr 2026 - 09:41 (Last updated: 09 Sentyabr 2026 - 09:02)
putin uitkof

ABŞ və Avropalı rəsmilər Ukraynada müharibənin ən azı gələn ilə qədər davam edəcəyini düşünürlər. Buna səbəb Rusiya ilə sülh danışıqlarının yenidən başladılması cəhdlərinin nəticə verməməsidir.

Azpost.info bildirir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Moskvaya, daha sonra isə Kiyevə səfəri danışıqlarda ciddi irəliləyişə gətirib çıxarmayıb.

Avropalı rəsmilər bildiriblər ki, Vladimir Putin Kremlin üç saat davam edən görüşündə ABŞ nümayəndələri ilə danışıqlardan sonra mövqeyini yumşaltmağa hazır olduğunu göstərməyib.

Putin qışda zərbələri gücləndirə bilər

Bloomberg-in mənbələrindən biri bildirib ki, qarşıdakı 6 ay ərzində Rusiya Ukraynanın enerji sistemi və istilik təchizatına zərbələri artırmağı planlaşdırır.

Mənbənin iddiasına görə, məqsəd dinc əhali üçün həyat şəraitini ağırlaşdırmaqla yanaşı, Avropada hibrid hücumları gücləndirmək və Kiyevə dəstəyi zəiflətməkdir.

Digər mənbənin sözlərinə görə, Putin gələn ilin yazına qədər Rusiyanın daha güclü mövqeyə çıxacağına ümid edir. Bununla yanaşı, Rusiya iqtisadiyyatının üzləşdiyi artan çətinliklərə baxmayaraq, iqtisadi vəziyyəti sabit saxlamağa çalışır.

Mənbə hesab edir ki, həmin vaxta qədər ciddi danışıqların aparılması ehtimalı azdır.

Üçtərəfli görüş keçirilə bilər

Bloomberg-in digər mənbəsi bildirib ki, Putin Uitkoff və Kuşnerin səfərindən daxili auditoriyaya öz gücünü nümayiş etdirmək üçün də istifadə edib.

ABŞ-ın iştirakı ilə Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi daha əvvəl Uitkoff və Kreml tərəfindən açıqlanmışdı.

Mənbələrin məlumatına görə, belə görüş Rusiyada sentyabr seçkilərindən sonra keçirilə bilər. Lakin onların fikrincə, bu danışıqların sülh sazişinə yaxınlaşma ilə nəticələnəcəyi ehtimalı aşağıdır.

Avropa Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərəcək

Mövcud vəziyyətdə Avropa ölkələri Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri göndərmək üçün resurslar axtarmalı olacaq.

Böyük Britaniya çərşənbə axşamı Kiyevə 100 milyon funt sterlinq həcmində əlavə yardım paketi ayırdığını açıqlayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə ölkəsinin öz ehtiyatlarından Ukraynaya təcili şəkildə “Patriot” raketləri göndərəcəyini bildirib.

“Ukraynanın qışa hazırlanması bizim üçün ən yüksək prioritetdir və bizdən qətiyyətli və təcili tədbirlər görməyi tələb edir”, – deyə Pistorius bildirib.

Nadir

AzPost.az

Post navigation

Previous: 140 min il əvvəl burada insanlar yaşayırdı –
Next: Xalq artisti Aleksandr Şarovski vəfat edib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.