Həyat yoldaşınızla mübahisələri ChatGPT-yə danışırsınız? –Mütəxəssisdən xəbərdarlıq

Həyat yoldaşı ilə mübahisələri davamlı olaraq süni intellektə danışmaq və ondan məsləhət almaq cütlüklər arasında münasibətlərin soyumasına səbəb ola bilər.

Bu barədə psixologiya üzrə elmlər doktoru Dmitri Yaqudin “Lenta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, süni intellekt insanın fikirlərini sistemləşdirməsinə və vəziyyətə fərqli tərəfdən baxmasına kömək edə bilər. Neyroşəbəkə istifadəçini səbrlə dinləyir, incimir, mübahisə etmir və emosional gərginlik yaratmadan məntiqli cavab təqdim edir.

Lakin əsas risk insanın həyat yoldaşı ilə birbaşa danışmaq əvəzinə problemlərini daim proqramla müzakirə etməyə başlamasıdır.

Mütəxəssis hesab edir ki, bu halda insan tərəfdaşı ilə ünsiyyət bacarıqlarını inkişaf etdirmək əvəzinə onun haqqında maşınla danışmağa alışır. Süni intellekt isə istifadəçiyə sakit və münaqişəsiz ünsiyyət mühiti təqdim edir.

Psixoloq Yuliya Belkina isə qeyd edib ki, münasibətin bitməsi, işin itirilməsi və ya yaşla bağlı ciddi dəyişikliklər insanda həyatının əvvəlki qaydasının dağıldığı hissini yarada bilər.

Onun sözlərinə görə, belə ağır təcrübələr insan üçün bir növ “iz” buraxsa da, eyni zamanda yeni mərhələyə keçmək və həyatı daha şüurlu şəkildə dərk etmək imkanı yarada bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.