Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampdan gözlənilməz qərar –

User 09 Sentyabr 2026 - 21:51
putin uitkoff

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya ilə sülh danışıqlarındakı rolunun azaldılması və ya tamamilə dayandırılması gündəmə gəlib.

“Financial Times”ın məlumatına görə, Uitkoffun ötən şənbə Rusiyaya səfəri onun Moskvaya sonuncu səfəri ola bilər. Qəzetə danışan beş mənbə bildirib ki, Ağ Ev Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin danışıqlardakı iştirakını dayandırmaq variantını nəzərdən keçirir.

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff danışıqlarda əsas vasitəçi rolunu üzərinə götürə bilər. Retkliffin Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələri davam etdirəcəyi bildirilir.

Ağ Ev və MKİ bu məlumatı şərh etməyib. Mənbələr qeyd ediblər ki, Donald Tramp hələ yekun qərar qəbul etməyib.

Uitkoff indiyədək Moskva ilə danışıqlar çərçivəsində Rusiyaya səkkiz dəfə səfər edib, Kiyevə isə yalnız bir dəfə gedib. Lakin bu təmaslar Ukrayna münaqişəsinin həlli istiqamətində nəzərəçarpacaq nəticə verməyib.

Avropa paytaxtlarında isə Uitkoffun danışıqlardan uzaqlaşdırılması ehtimalının müsbət qarşılandığı bildirilir. Avropa ölkələri uzun müddətdir davam edən və nəticəsiz qalan danışıqlardan sonra sülh prosesində irəliləyiş gözləyirlər.

Rusiya prezidenti Vladimir Putin son görüş zamanı ABŞ nümayəndələri ilə işləməkdən məmnun olduğunu və onlara yüksək səviyyədə etimad göstərdiyini bildirib.

Bununla yanaşı, “Financial Times”ın mənbələri Kremlin Vaşinqtonun danışıqlara yeni yanaşmasını nəzərdən keçirməyə hazır olduğunu bildiriblər.

Qəzetin yazdığına görə, Moskva və Kiyevdəki bəzi mənbələr Uitkoffu 2025-ci ilin avqustunda Alyaskada Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdə ciddi irəliləyiş əldə olunmamasına görə qismən məsul hesab edir. İddialara görə, Uitkoff Trampı Putinin müəyyən kompromislərə hazır olduğuna inandırıb, lakin görüş zamanı Rusiya lideri əvvəlki tələblərini təkrarlayıb.

ABŞ administrasiyasında Ukrayna üzrə danışıqları kimin aparacağı ilə bağlı Stiv Uitkoff və MKİ direktoru Con Retkliff arasında rəqabət yaranıb.

“Financial Times”a danışan iki mənbənin sözlərinə görə, Vaşinqton fevralın sonunda sülh sazişinə nail olmaq cəhdinin uğursuzluğundan sonra danışıqlar komandasını dəyişdirməyi nəzərdən keçirib. Lakin daha sonra ABŞ administrasiyası İran müharibəsinə tam diqqət ayırdığı üçün bu planlar təxirə salınıb.

Nəticədə Retkliff və Uitkoff arasında danışıqlarda kimin və hansı məsələlər üzrə əsas rolu oynayacağı ilə bağlı mübarizə başlayıb.

“Financial Times”ın mənbələrinə görə, Trampın nümayəndələrinin Moskvaya səfərindən əvvəl Retkliff gözlənilmədən Rusiyaya gedib. Lakin “The Washington Post”un mənbələri bildiriblər ki, bu səfər Rusiya prezidenti Vladimir Putinə ciddi təsir göstərməyib.

İddialara görə, Putin Retkliffin səfərini ABŞ-ın zəiflik nümayişi kimi qiymətləndirib və bundan sonra Ukraynaya qarşı hücumların intensivliyini artırmaq qərarına gəlib.

Ötən şənbə günü isə Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər. “Financial Times”ın mənbələri bu səfərin məqsədlərindən birinin Ukrayna məsələsində əsas vasitəçilik rolunu öz üzərlərində “möhkəmləndirmək” olduğunu bildiriblər.

Lakin bu səfərdən də danışıqlar prosesində hər hansı nəzərəçarpacaq nəticə əldə olunmayıb.

Beləliklə, ABŞ administrasiyasında Ukrayna üzrə danışıqların gələcək formatı ilə bağlı qeyri-müəyyənlik qalır. Ağ Evdə yekun qərarın hələ verilmədiyi bildirilir.

AzPost.az

Post navigation

Previous: 2100-cü ilə qədər Yer kürəsinin 40%-də quraqlıq olacaq
Next: Həyat yoldaşınızla mübahisələri ChatGPT-yə danışırsınız? –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.