Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ABŞ şirkətləri Azərbaycana gəlir –

User 11 Sentyabr 2026 - 14:06 (Last updated: 11 Sentyabr 2026 - 14:06)
abs azerbaycan

ABŞ-Azərbaycan münasibətlərində hazırda bir sıra yeni proseslər baş verir. ABŞ şirkətlərinin sentyabr ayında Azərbaycanda keçiriləcək Müdafiə Sərgisində iştirakı da bu əməkdaşlığın istiqamətlərindən biri olacaq.

Azpost.info-nun məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon diplomatik korpusun Qarabağa səfəri zamanı APA-ya açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, sentyabr ayında ABŞ şirkətləri Azərbaycan Müdafiə Sərgisində iştirak edəcək. Bununla yanaşı, digər ABŞ nümayəndə heyətlərinin də Azərbaycana səfərləri gözlənilir.

“Buna görə də strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq”, – Emi Karlon bildirib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Diplomat həmçinin ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş məsələsinə də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə tətbiq olunan məhdudiyyətlərin qüvvədən düşməsi növbəti il üçün təmin olunub.

Emi Karlon ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bu məsələdə birgə işləməyə sadiq olduğunu bildirib.

ABŞ şirkətlərinin Müdafiə Sərgisində iştirakı iki ölkə arasında xüsusilə müdafiə sənayesi və texnoloji əməkdaşlıq baxımından yeni imkanların yaranması kontekstində diqqət çəkir. Eyni zamanda, Azərbaycana yeni ABŞ nümayəndə heyətlərinin səfərlərinin planlaşdırılması Vaşinqton-Bakı əlaqələrində təmasların intensivləşdiyini göstərir.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Şəfiqə Məmmədova –

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.