Şəfiqə Məmmədova –“Çox fikirləşdim, nə qədər gücüm var, çalışacağam”

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Xalq artisti Şəfiqə Məmmədova yeni vəzifəsi ilə bağlı açıqlama verib.

O, konfransdan sonra jurnalistlərə açıqlamasında bu vəzifənin onun üçün böyük məsuliyyət olduğunu bildirib.

“Həyəcan keçirirəm. Bu, böyük məsuliyyətdir. Mən çox fikirləşmişəm, lakin nə qədər gücüm varsa, çalışacam. Elə buna görə də namizədliyimi irəli sürmüşəm”, – Şəfiqə Məmmədova deyib.

Xalq artisti ona səs verən və verməyən hər kəsə təşəkkür edib.

“Mənə səs verənlərə də, səs verməyənlərə də təşəkkür edirəm”, – deyə o qeyd edib.

Şəfiqə Məmmədova İttifaq daxilində bir sıra çətinlik və problemlərin olduğunu da vurğulayıb.

“İttifaq daxilində bir çox çətinliklər və problemlər var, bu, heç kəsə sirr deyil. Amma kino sahəsində inkişaf var və bir çox layihələr təqdim edəcəyik”, – Xalq artisti bildirib.

O, yaxın günlərdə “44” filminin nümayiş olunacağını da açıqlayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.