Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Bu 7 dərmanı həkimsiz qəbul etmək təhlükəlidir

User 11 Sentyabr 2026 - 15:12 (Last updated: 11 Sentyabr 2026 - 15:06)
derman

Xəstəliyin ilk əlamətləri görünən kimi dərmana müraciət etmək bir çox insan üçün adi hala çevrilib. Lakin antibiotikdən ağrıkəsiciyə, burun damcısından təzyiq dərmanına qədər bir çox preparatın nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi problemlər yarada bilər.

Mütəxəssislər xüsusilə dərmanların səbəb və simptom nəzərə alınmadan qəbul edilməsinin təhlükəli olduğunu bildirirlər.

Antibiotiklər yalnız bakterial infeksiyalarda faydalıdır və onların istifadəsinə həkim qərar verməlidir. Virus infeksiyalarında antibiotik qəbul etmək xəstəliyi sağaltmır. Əksinə, antibiotiklərin düzgün istifadə edilməməsi bakteriyaların dərmana davamlılığının artmasına səbəb ola bilər. Bu isə gələcəkdə ciddi infeksiyaların müalicəsini çətinləşdirir.

Antibiotiklər bağırsaqdakı faydalı bakteriyaların balansına da təsir göstərə və həzm problemləri yarada bilər.

Hərarəti dərhal salmaq lazımdır?

Qızdırma orqanizmin infeksiyaya qarşı müdafiə reaksiyalarından biridir. Lakin hərarətin nə vaxt dərmanla aşağı salınmalı olduğu insanın yaşından, ümumi vəziyyətindən və yanaşı xəstəliklərindən asılıdır.

Ona görə yalnız termometrdəki rəqəmə əsaslanaraq dərman qəbul etmək düzgün yanaşma deyil. Xüsusilə yüksək hərarət uzun müddət davam edirsə və ya ciddi simptomlarla müşayiət olunursa, həkimə müraciət edilməlidir.

Öskürək dərmanı seçərkən diqqətli olun

Öskürəyin quru və ya bəlğəmli olması dərman seçiminə təsir edir. İnsanların özbaşına müxtəlif öskürək preparatlarını birlikdə qəbul etməsi isə düzgün olmaya bilər.

Xüsusilə öskürəyi yatıran preparatların bəlğəmin xaric edilməsinə mane ola biləcəyi hallar var. Buna görə öskürəyin səbəbi müəyyənləşdirilmədən dərman seçmək məsləhət görülmür.

Burun damcılarına diqqət

Burun tutulması zamanı istifadə edilən damar daraldıcı damcılar qısa müddətdə rahatlıq verə bilər. Lakin onların uzun müddət və təlimata zidd istifadəsi burun selikli qişasında problemlərə və dərmandan asılılığa səbəb ola bilər.

Bu səbəbdən belə preparatların istifadə müddəti və dozası təlimata uyğun olmalıdır. Duzlu məhlullar isə burun selikli qişasının nəmləndirilməsi üçün daha təhlükəsiz seçimlərdən biridir.

Təzyiq dərmanını başqasının məsləhəti ilə içmək olmaz

Yüksək təzyiq zamanı qohumun və ya tanışın qəbul etdiyi dərmanı istifadə etmək təhlükəlidir. Eyni simptom müxtəlif insanlarda fərqli səbəblərdən yarana bilər.

Təzyiq dərmanları insanın vəziyyətinə, digər xəstəliklərinə və qəbul etdiyi preparatlara uyğun seçilməlidir. Dərmanın dozasının özbaşına artırılması və ya azaldılması da risklidir.

Səhv istifadə edilən işlədici dərmanlar problem yarada bilər

Qəbizlik zamanı işlədici preparatlardan tez-tez istifadə etmək problemin əsas səbəbini aradan qaldırmır. Uzunmüddətli və nəzarətsiz istifadə bəzi preparatlarda maye və elektrolit itkisinə səbəb ola bilər.

Qəbizlik davamlı xarakter alırsa, qidalanma, su qəbulu və fiziki aktivliklə yanaşı, problemin səbəbi də araşdırılmalıdır.

Ağrıkəsici ağrının səbəbini aradan qaldırmır

Ağrıkəsici preparatlar simptomu müvəqqəti azalda bilər, lakin ağrının səbəbini müalicə etmir. Ağrının tez-tez təkrarlanması və uzun müddət davam etməsi əsas xəstəliyin əlaməti ola bilər.

Bəzi ağrıkəsicilərin uzunmüddətli və yüksək dozada istifadəsi mədə-bağırsaq sistemi, böyrəklər və qaraciyər üçün risk yarada bilər.

Dərman qəbul edərkən 4 qayda

  • Dərmanı özbaşına başlamayın və xüsusilə reseptlə verilən preparatları həkim məsləhəti olmadan qəbul etməyin.
  • Təlimatda göstərilən dozanı və istifadə müddətini aşmayın.
  • Bir neçə dərmanı eyni vaxtda qəbul edirsinizsə, onların qarşılıqlı təsirini həkim və ya əczaçı ilə dəqiqləşdirin.
  • Şikayətlər davam edirsə, simptomu dərmanla ört-basdır etmək əvəzinə səbəbi araşdırın.

AzPost.az

Post navigation

Previous: İran süni intellektdən casusluq və raket hazırlığı üçün istifadə edib
Next: Bu 4 bürc üçün uğurlu dövr başlayır

Oxşar xəbərlər

banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.