Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılan araşdırmalar zamanı İlkin Abdullayevin vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi müəyyənləşib.
İstintaq materiallarına əsasən, o, bu yolla vətəndaşları aldadaraq ümumilikdə 250 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.