Serbiyada böyük siyasi dəyişiklik– Vuçiç prezident postunu tərk edir

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-26-da prezident vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Vuçiç 2017-ci ildən Serbiyanın prezidentidir. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır. Lakin ölkə Konstitusiyasına əsasən, ardıcıl üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

Daha əvvəl Vuçiçin prezident postunu tərk etməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. Onun siyasətdən tamamilə getməyəcəyi və prezidentlikdən sonra hökumətə rəhbərlik edə biləcəyi bildirilirdi.

Serbiyada hakim Serb Tərəqqi Partiyası artıq Vuçiçi seçkilərdə qələbə qazanacağı təqdirdə baş nazir postuna namizəd göstərib.

Bu baxımdan Vuçiçin istefası onun siyasi karyerasının sonu kimi qiymətləndirilmir. Söhbət prezident postundan yenidən baş nazir vəzifəsinə keçiddən gedə bilər. Vuçiç daha əvvəl, 2014-2017-ci illərdə Serbiyanın baş naziri olub.

Qeyd edək ki, Vuçiç sentyabrın 9-da parlamenti buraxıb və növbədənkənar parlament seçkilərinin 25 oktyabrda keçirilməsini təyin edib. Halbuki növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi gözlənilirdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.