Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

ABŞ yadplanetlilərlə əlaqəyə hazırlaşır

User 11 Sentyabr 2026 - 16:23 (Last updated: 11 Sentyabr 2026 - 16:04)
uno yad planet

ABŞ hökumətinin yadplanetlilərlə əlaqə qurulacağı təqdirdə fəaliyyət göstərmək üçün hazır planının olduğu açıqlanıb.

Bu barədə ABŞ kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüşdə ölkənin UFO/UAP məsələlərini araşdıran alimlərə məlumat verilib. Görüş Milli Kəşfiyyat Direktorunun (ODNI) ofisində keçirilib.

ABŞ hökumətinin yaratdığı UAP Science Advisory Council (UAPSAC) adlı elmi şuranın nümayəndələri görüşdə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə bir araya gəliblər. Şuranın tərkibinə psixoloq doktor Cenniss Vilhauer, Harvard Universitetinin astronomiya professoru Avi Löb və immunologiya üzrə tədqiqatçı professor Harri Nolan daxildir.

Psixoloq Cenniss Vilhauer görüşdən sonra Substack platformasında ABŞ-ın mümkün yadplanetli təması ilə bağlı planından danışıb.

Onun sözlərinə görə, belə bir planın mövcudluğu ABŞ hökumətinin yerdənkənar həyatın mövcudluğunu təsdiqləməsi anlamına gəlmir. Vaşinqtonun bununla bağlı hər hansı rəsmi açıqlama hazırladığı da bildirilməyib.

Lakin Vilhauerin fikrincə, hökumətin bu ehtimal üçün əvvəlcədən plan hazırlaması mövzuya kifayət qədər ciddi yanaşıldığını göstərir.

ABŞ beynəlxalq liderlik istəyir

Alimin diqqət çəkdiyi əsas məqamlardan biri mümkün “ilk təmas” zamanı ABŞ-ın beynəlxalq liderlik rolunu üzərinə götürmək niyyətidir.

Vilhauer hesab edir ki, yadplanetli və ya başqa sözlə, “qeyri-insani zəka”nın mövcudluğunun təsdiqlənməsi bütün dünya üçün böyük hadisə olacaq və bunun nəticələrinə cavab vermək üçün dövlətlər arasında koordinasiya tələb olunacaq.

Onun fikrincə, ABŞ-ın beynəlxalq liderlik iddiası Vaşinqtonun belə bir hadisəni yalnız milli deyil, qlobal məsələ kimi nəzərdən keçirdiyini göstərir.

Bununla belə, alim ABŞ hökumətinin hazırladığı planın konkret detallarını açıqlamayıb. Məlum deyil ki, hansı şəraitdə plan işə salınacaq, hansı qurumlar prosesə cəlb olunacaq və hansı tədbirlər görüləcək.

Polis, həkim və müəllimlər də hazırlanmalıdır

Vilhauerin sözlərinə görə, mümkün yadplanetli təmasının nəticələrinə hazırlıq yalnız dövlət və təhlükəsizlik strukturları ilə məhdudlaşmamalıdır.

O, polis əməkdaşları, müəllimlər, tibb işçiləri, psixi sağlamlıq mütəxəssisləri, din xadimləri, mülki müdafiə xidmətləri və yerli hakimiyyət nümayəndələri üçün xüsusi hazırlığın vacib olduğunu düşünür.

Bundan əlavə, insanların məlumatlandırılması və belə bir hadisədən psixoloji olaraq sarsılan şəxslərə uzunmüddətli dəstək göstərilməsi üçün xüsusi yardım mərkəzlərinin yaradılması təklif olunur.

Vilhauer hesab edir ki, yadplanetli həyatının təsdiqlənməsi insanların dünyagörüşündə ciddi dəyişikliklərə və qorxuya səbəb ola bilər. Buna görə də mümkün “ilk təmas” yalnız elmi hadisə deyil, həm də sosial və psixoloji böhran kimi qiymətləndirilməlidir.

AzPost.az

Post navigation

Previous: Serbiyada böyük siyasi dəyişiklik
Next: Leysan yağacaq, şimşək çaxacaq

Oxşar xəbərlər

banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.