Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bu abidələr xarici müdaxilələrə məruz qalıb” –

User 12 Sentyabr 2026 - 12:17 (Last updated: 12 Sentyabr 2026 - 12:17)
diplomat xankendi04

Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət etdikləri Gəncəsər və Xudavəng kilsələrindən video paylaşıb.

APA xəbər verir ki, Prezidentin köməkçisi bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.

Hikmət Hacıyev qeyd edib ki, işğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib.

“Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirib.

“Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq”, – Hikmət Hacıyev deyib.

O, bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə çağırıb.

“Görmək inanmaqdır”, – deyə Hikmət Hacıyev qeyd edib.

 

AzPost.az

Post navigation

Previous: Əcnəbi diplomatlar Ağdərədə monastırı ziyarət ediblər
Next: Kanada ABŞ-ın ştatına çevrilməlidir –

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17

xƏBƏR

husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Yəmən husiləri Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirdiklərini bildiriblər. SABA agentliyinin məlumatına görə, hücum çərşənbə...
Read more about Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.