Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İraq Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

User 12 Sentyabr 2026 - 14:43 (Last updated: 12 Sentyabr 2026 - 14:43)
iraq ucum

İraqın Baş naziri Əli Faleh əz-Zeydi Meysan Əməliyyatlar Komandanlığının fəaliyyətinin araşdırılması barədə göstəriş verib və komandanlığın rəhbərini vəzifəsindən azad edib.

AZƏRTAC xəbər verir ki, qərar Səudiyyə Ərəbistanına qarşı son hücumların İraqın Meysan vilayətindən həyata keçirildiyinin müəyyənləşdirilməsindən sonra qəbul olunub.

İraq hökuməti Səudiyyə Ərəbistanının təhlükəsizliyinə qarşı hər hansı hücumu və iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək hərəkətləri rədd etdiyini bildirib. Rəsmi Bağdad hücumların arxasında duran tərəfin müəyyənləşdirilməsi məqsədilə təcili araşdırma başladıldığını açıqlayıb.

Baş nazir Əli Faleh əz-Zeydi hökumətin İraqın təhlükəsizliyinə və dost ölkələrlə münasibətlərinə təhdid yaradan hər hansı fəaliyyətə dözməyəcəyini vurğulayıb.

Bundan əlavə, İraqın İranla sərhədində yerləşən Şələmçə, Şib və Mandəli sərhəd-keçid məntəqələrinin tamamilə bağlandığı bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinə dron hücumlarının İraq ərazisindən həyata keçirildiyini açıqlayıb. Şərq-Qərb kəməri ölkənin şərqində yerləşən yataqlardan hasil edilən neftin Qırmızı dəniz sahilindəki Yənbu limanına nəql olunması üçün istifadə edilir.

Kəmər ABŞ-İran müharibəsi fonunda qlobal neft tədarükünə yaranan təzyiqin azaldılmasında mühüm rol oynayır.

AzPost.az

Post navigation

Previous: “Terminator 2” gerçəyə çevrilə bilər –
Next: 25 məşhur alimdən süni intellekt xəbərdarlığı –

Oxşar xəbərlər

putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
baxceli
  • Dünya

“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı

User 27 Oktyabr 2026 - 19:38

xƏBƏR

protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Maqnit implantları əli amputasiya edilmiş bir insana robotlaşdırılmış protezin hərəkətlərini daimi olaraq gözləri ilə izləmədən hiss etməyə...
Read more about Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22
Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər telefon sarj
  • Maraqlı

Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər

User 27 Oktyabr 2026 - 20:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.