Dünyada hər 4 nəfərdən 1-i içməli suya çıxış əldə edə bilmir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib.

O, bu məsələ ilə bağlı X sosial media hesabında paylaşım edib.

Baş direktor təhlükəsiz suyun sağlamlığın təməli olduğunu vurğulayıb. Eyni zamanda, hər kəsin və hər bir yaşayış məntəqəsinin sağlamlığına, eləcə də malik olduğu imkanları yaxşılaşdırmağa kömək etmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.