İndoneziyada 243 sərnişini olan gəmi ilə əlaqə kəsildi– 102 nəfər xilas edildi/ YENİLƏNİB

İndoneziyanın sahillərində, Yava dənizində sərnişin bərəsinin qəzaya uğramasından sonra 1 nəfər ölüb, 102 nəfər xilas edilib. Digər sərnişinlərin axtarışı davam edir.

Bu barədə BBC News məlumat yayıb.

İndoneziyanın axtarış-xilasetmə agentliyinin məlumatına görə, göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” sərnişin bərəsi əlverişsiz hava şəraitinə düşüb. Bundan sonra gəmi ilə əlaqə kəsilib.

Bərə Surabayadan Kalimantan adasının cənubunda yerləşən Banjarmasin şəhərinə gedirmiş. Gəmidən son siqnal bazar günü yerli vaxtla saat 02:00 radələrində daxil olub. Həmin vaxt bərə Banjarmasinin təxminən 150 kilometr cənubunda olub.

Hadisə yerinə axtarış-xilasetmə gəmiləri və helikopter göndərilib. Yava dənizinin həmin ərazisində olan digər gəmilərə də xəbərdarlıq edilib və onlardan dənizdə sərnişinlər aşkar etdikləri halda məlumat vermələri istənilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

**

İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.

“Reuters” xəbər verir ki, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edib.

Ölkənin axtarış-xilasetmə agentliyi “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb. Hadisədən sonra gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar və xilasetmə gəmisi onun son məlum olduğu əraziyə göndərilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.