Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

İlon Mask və Sem Altman eyni çağırışı dəstəklədi –

User 13 Sentyabr 2026 - 22:38
ilon mask altman

İlon Mask və Sem Altman “Anthropic” şirkətinin rəhbəri Dario Amodeinin qabaqcıl süni intellektin inkişaf tempinin yavaşladılması ilə bağlı çağırışını dəstəkləyiblər. Rəqib texnologiya şirkətlərinin rəhbərlərinin mövqelərinin gözlənilmədən üst-üstə düşməsi getdikcə daha güclü süni intellekt sistemlərinin yarada biləcəyi təhlükələrlə bağlı yeni xəbərdarlıqlar fonunda baş verib.

İlon Mask bazar günü Amodeinin təklifini şərh edərkən “Dario haqlıdır” deyə yazıb. “Tesla” və “SpaceX”in təsisçisi süni intellektin təhlükələri barədə uzun illərdir xəbərdarlıq etdiyini xatırladıb. O, 2014-cü ildə süni intellektin hazırlanması zamanı son dərəcə ehtiyatlı olmaq lazım olduğunu bildirdiyini də qeyd edib.

“OpenAI” şirkətinin rəhbəri Sem Altman da “Anthropic” rəhbərinin mövqeyini dəstəkləyib.

“Dario ilə razıyam. Qabaqcıl texnologiyaların inkişaf tempini yavaşlatmalıyıq”, – Altman yazıb.

Altman müstəqil ekspertlərin süni intellektin hazırlanması proseslərinə daimi çıxış əldə etməsini yaxşı fikir adlandırıb və “OpenAI”nin də buna bənzər yanaşmanı tətbiq etmək niyyətində olduğunu bildirib.

Amodei daha əvvəl süni intellektin həddindən artıq sürətlə inkişaf etdirilməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, xüsusilə daha güclü süni intellekt agentləri üzərində kifayət qədər nəzarət olmadığı halda onların gələcəkdə “bütün interneti ələ keçirmək” imkanına sahib ola biləcəyini deyib.

Onun fikrincə, belə bir ssenari davamlı botnet şəbəkəsinin yaradılmasına və yüz milyardlarla dollar məbləğində zərərə səbəb ola bilər. Bununla belə, bəzi süni intellekt mütəxəssisləri bu ssenarini az ehtimallı hesab edib və ona skeptik yanaşmağa çağırıblar.

Altman həmçinin bildirib ki, “OpenAI” 2026-cı ildə səhmlərinin ilkin kütləvi təklifini (IPO) keçirməyi planlaşdırmır. Onun sözlərinə görə, süni intellektin təhlükəsizliyi ilə bağlı mövcud problemlər fonunda hazırda birjaya çıxmaq “ağılsızlıq” olardı.

Altman gələcəkdə ən böyük süni intellekt şirkətlərinin rəhbərlərinin inkişaf tempinin mümkün şəkildə yavaşladılmasını birgə müzakirə edə biləcəyinə ümid etdiyini bildirib.

Amodeinin təklifi, xüsusilə, müstəqil mütəxəssislərin süni intellekt hazırlayan şirkətlərin sistemlərinə daimi çıxış əldə etməsini nəzərdə tutur. Məqsəd təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarət etmək, insidentləri araşdırmaq və modellərin davranışını qiymətləndirməkdir.

Amodei bu tədbirlərin əlaqələndirilməsi üçün ABŞ hakimiyyətindən xüsusi icazə alınmasını təklif edir. Belə icazə şirkətləri rəqabətə zidd razılaşmada ittiham olunmaq riskindən qoruya bilər.

Lakin ABŞ Prezidenti Donald Trampın elm və texnologiya məsələləri üzrə şurasının həmsədri Devid Saks bildirib ki, texnologiya şirkətlərinin inkişaf tempini öz təşəbbüsləri ilə yavaşlatması üçün heç kimin icazəsinə ehtiyac yoxdur.

Onun fikrincə, şirkətlərin süni intellektin inkişafını məhdudlaşdırmaq istəyinin arxasında yalnız təhlükəsizliklə bağlı narahatlıq dayanmır. Şirkətlər məhsullarının vurduğu ciddi zərər nəticəsində irimiqyaslı məhkəmə iddiaları ilə üzləşməkdən də ehtiyat edə bilərlər.

Süni intellektin tənzimlənməsi ilə bağlı müzakirələrə siyasətçilər də qoşulurlar. “Anthropic” şirkətinin məsləhətçisi olan Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak bildirib ki, bu sahə “narahatedici siqnal” alıb və süni intellektin təhlükəsizliyinə, eləcə də tədqiqatlara məhdudiyyətlərin müəyyənləşdirilməsinə daha ciddi yanaşmalıdır.

Bu arada Böyük Britaniya kralı III Çarlz Şotlandiyada sahənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşməyi planlaşdırır. Görüşdə süni intellektin “bəşəriyyətin rifahı naminə” necə inkişaf etdirilməsi müzakirə olunacaq.

Görüşdə “Nvidia” şirkətinin rəhbəri Jensen Huang və “Google DeepMind”in həmtəsisçisi Demis Hassabisin də iştirakı gözlənilir.

AzPost.az

Post navigation

Previous: Tramp Zelenskini Rusiyanın neft zavodlarına zərbələri dayandırmağa çağırıb
Next: 14 sentyabrda bürcləri nə gözləyir? –

Oxşar xəbərlər

mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.