Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda 40 ölkənin iştirakı ilə mühüm toplantı –

User 14 Sentyabr 2026 - 09:42 (Last updated: 14 Sentyabr 2026 - 19:07)
tdt dini gorus

Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və Qurani-Kərim tilavət olunub.

Görüşə sədrlik edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib.

Toplantıda müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması və digər aktual məsələlər müzakirə olunur.

TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.

Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıb.

İştirakçılar Fəxri xiyabanı ziyarət edib

Görüş iştirakçıları sentyabrın 14-də Fəxri xiyabanı da ziyarət ediblər.

Qonaqlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun xatirəsini ehtiramla yad edib və ruhuna dualar oxuyublar.

İştirakçılar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət olunub.

Şeyxülislam : Türk dövlətləri arasında mənəvi həmrəylik möhkəmlənir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə görüşdə bildirib ki, Azərbaycandan başlayan məhsuldar əməkdaşlığın uğurlu davamı türk dövlətləri arasında mənəvi həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev türk xalqlarının ortaq köklərə bağlılığını “bir ağacın budaqları” ifadəsi ilə təsvir edib.

Şeyxülislam Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikrini də xatırladaraq bildirib ki, dövlət başçılarının siyasəti nəticəsində türk dövlətləri arasında ortaq dini və mənəvi dəyərlərə xüsusi ehtiram göstərilir.

QMİ sədri TDT-yə üzv dövlətlərin xalqlarının çətin və sınaqlı günlərdə bir-birinə dəfələrlə qardaşlıq dəstəyi göstərdiyini vurğulayıb.

O, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi hərtərəfli və qətiyyətli dəstəyi xüsusi qeyd edib.

A.Paşazadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışı və Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri zamanı da TDT-yə üzv qardaş dövlətlər Azərbaycana dəstəklərini əsirgəməyiblər.

QMİ sədri bu həmrəyliyin və qardaşlıq münasibətlərinin türk dünyasının birliyinin və qarşılıqlı dəstəyinin mühüm göstəricisi olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rifah və tərəqqisinə yeni töhfələr verir.

 

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: 28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mifi açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
Arıqlamaq istəyən və sağlam qidalanmağa çalışan insanlar çox vaxt kartofu gündəlik menyudan çıxarırlar. Bunun səbəbi onun həddindən...
Read more about Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mifi açıqlandı
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır peskov
  • Dünya

Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır

User 29 Oktyabr 2026 - 19:38
Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.