Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda TDT-nin dini liderləri mühüm sənəd qəbul etdi

User 14 Sentyabr 2026 - 11:36
seyx bakuvi01

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşünün yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannaməni Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev səsləndirib. Sənəddə Türk dünyasının dini-mənəvi birliyi, terrorizm və ekstremizmə qarşı mübarizə, məzhəblərarası anlaşma, gənclərin maarifləndirilməsi və insan hüquqlarının qorunması ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib.

Terrorizm və islamofobiyaya qarşı birgə mübarizə

Bakı Bəyannaməsində TDT Müsəlman dini idarə rəhbərlərinin Şurasının terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, təkfirçilik, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarının qarşısının alınması istiqamətində birgə səyləri davam etdirəcəyi bildirilib.

Şura bu fəaliyyətini beynəlxalq hüquq normaları və TDT-nin prinsipləri əsasında həyata keçirəcək.

Sənəddə Türk-İslam mənəviyyatı və mədəniyyətinin potensialından dünyada sülh və rifahın möhkəmləndirilməsi üçün istifadə edilməsinin vacibliyi də vurğulanıb.

Dini təhsil və gənclər əsas istiqamətlərdən biri olacaq

Bəyannaməyə əsasən, TDT ölkələrinin dini qurumları arasında elmi və təhsil əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur.

Bu məqsədlə birgə elmi konfransların təşkili, dini mərkəzlərin yaradılmasına dəstək, tələbə və müəllim mübadiləsi, dini və elmi tədqiqatların inkişafının təşviqi planlaşdırılır.

Sənəddə xüsusilə gənc nəslə ənənəvi mənəvi dəyərlərin ötürülməsi məsələsinə diqqət çəkilir. Türk dünyasının tarixinin öyrənilməsi və yeni nəsillərə çatdırılması da əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Ortaq fətvalar və bayram tarixləri

Bakı Bəyannaməsində TDT ölkələrinin dini qurumları arasında mötədil İslam və məzhəblərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların hazırlanması istiqamətində fəaliyyətin davam etdiriləcəyi qeyd olunub.

Bundan başqa, Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin müəyyənləşdirilməsi məsələsində ölkələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla birgə yanaşmaların davam etdirilməsi nəzərdə tutulur.

Qadın və uşaq hüquqları da sənəddə yer alıb

Bəyannamədə insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi də öz əksini tapıb.

TDT dini qurumlarının qadınlar, gənclər və uşaqlar arasında dini-tərbiyəvi tədbirlər keçirməsi, qarşılıqlı təcrübə mübadiləsi aparması və gənc nəslin dini sahədə maarifləndirilməsi üçün imkanların genişləndirilməsinə çalışacağı bildirilib.

Eyni zamanda Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə, zərərli təbliğat, sektantlıq və ideoloji təxribatların qarşısının alınması istiqamətində birgə səylərin davam etdiriləcəyi qeyd olunub.

Türk dünyasının dini və tarixi irsi

Bakı Bəyannaməsi dini ədəbiyyatın və dinşünaslıqla bağlı əsərlərin türk dövlətlərinin dillərinə tərcüməsi və yayılması sahəsində əməkdaşlığın davam etdirilməsini də nəzərdə tutur.

Bu istiqamətdə təlim seminarları, konfranslar və simpoziumların keçirilməsi, metodologiya və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

TDT ölkələrində yerləşən dini və tarixi məkanlara birgə səfərlərin və turların təşkil edilməsi, həmin irsin beynəlxalq səviyyədə tanıdılması da sənəddə əksini tapıb.

Nümayəndə heyətlərinin rəhbərləri görüşün yüksək səviyyədə təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Onlar həmçinin hazırlıq və koordinasiya prosesinə verdiyi töhfəyə görə TDT Katibliyinə minnətdarlıqlarını ifadə ediblər.

Bəyannamədə TDT-nin Baş katibi Kubanıçbek Omuralievin Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətinə verdiyi töhfə də yüksək qiymətləndirilib. Onun səlahiyyət müddətinin başa çatması nəzərə alınaraq gələcək fəaliyyətində uğurlar arzulanıb.

Prezident İlham Əliyevə müraciət

Görüş çərçivəsində TDT-nin Müsəlman dini liderləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət də ediblər.

Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı oxuyub.

Bakı Bəyannaməsi 14 sentyabr 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində qəbul edilərək imzalanıb. Sənəd ingilis dilində bir nüsxədə hazırlanıb və TDT Katibliyində saxlanılması üçün təqdim olunub.

AzPost.az

Post navigation

Previous: Trampdan gözlənilməz açıqlama –
Next: İranın vurduğu F-15-in pilotu danışdı –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.