Avropada qazın qiyməti şok həddə çatdı– 1000 dolları keçdi

Avropada təbii qazın birja qiyməti sürətlə bahalaşır. ICE London birjasının məlumatlarına görə, qiymətlər 5%-ə qədər artaraq 1000 dolları ötüb.

Niderlandda yerləşən və Avropanın əsas qaz ticarət mərkəzlərindən biri olan TTF-də oktyabr ayı üçün ən yaxın fyuçerslərin qiyməti ticarətə 978,9 dollar səviyyəsində başlayıb. Bu, əvvəlki hesablama qiyməti ilə müqayisədə 2,6% artım deməkdir.

Daha sonra qiymət 1001,8 dollara yüksəlib və artım 5%-ə çatıb.

Qeyd edək ki, əvvəlki ticarət gününün hesablanmış qiyməti 954,1 dollar təşkil edib.

Beləliklə, Avropada qazın qiyməti 2022-ci il dekabrın 22-dən bəri ilk dəfə 1000 dollar/1000 kubmetr həddini keçib.

Enerji bazarında qaz qiymətlərinin yüksəlməsi Avropada enerji xərcləri və sənaye müəssisələrinin fəaliyyətinə təsir baxımından da diqqət çəkən göstəricidir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.