Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Tramp-Putin razılaşması artıq qüvvədə deyil, öldü” –

User 14 Sentyabr 2026 - 17:02 (Last updated: 14 Sentyabr 2026 - 17:02)
tramp putin fot

Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell bildirib ki, Kremlə görə, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında əldə edilmiş “Ankoric razılaşmaları” artıq qüvvədə deyil.

“Yalançı şəkildə ‘Ankoric kompromisi’ adlandırılan razılaşma tamamilə ölüb. Artıq bununla bağlı narahat olmağı dayandıra bilərik. Bu məsələ bağlanıb”, – deyə Pauell ötən həftənin sonunda Kiyevdə keçirilən 22-ci “Yalta Avropa Strategiyası” forumunda bildirib.

BBC-nin məlumatına görə, “Ankoric razılaşmaları”nın dəqiq parametrləri sonadək məlum deyil. Hesab olunur ki, bu, Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı qeyri-rəsmi plan olub və onun əsas konturları Tramp və Putinin Alyaskanın Ankoric şəhərində yerləşən hərbi bazada keçirdiyi görüş zamanı müzakirə edilib.

Kreml bu plan çərçivəsində cəbhənin Ukraynanın cənubundakı hissəsində xəttin “dondurulması” müqabilində bütün Donbasın Rusiyaya verilməsində israr edib.

Pauellin sözlərinə görə, Moskva artıq ABŞ-ın Ankoric danışıqlarının nəticəsi olaraq Kiyevin ərazilərdən və NATO-ya üzvlük ümidindən imtina etməsinə razı olduğunu iddia etmir.

Britaniya baş nazirinin müşaviri əlavə edib ki, bu vəziyyət danışıqlar yolu ilə real sülh nizamlanması imkanlarının axtarılmasına şərait yaradır.

“Ukrayna xalqının rusların hələ də ələ keçirə bilmədiyi əraziləri onlara verməsini sadəcə gözləmək əvəzinə, danışıqlar yolu ilə real sülh nizamlanmasına nail olmaq yollarını axtarmaq mümkündür”, – Pauell deyib.

Onun sözlərinə görə, strategiya Putinə danışıqlara başlamaq istəyi yaradacaq qədər təzyiq göstərməkdən ibarətdir.

Pauell həmçinin bildirib ki, Tramp hazırda əvvəlki kimi Putinin mövqeyinə meylli deyil.

“O, Ukraynada işlərin daha yaxşı getdiyini görür. Düşünürəm ki, bu, həqiqətən də böyük üstünlükdür”, – deyə britaniyalı rəsmı qeyd edib.

Kreml Alyaskada əldə edildiyi bildirilən razılaşmaların mahiyyətini heç vaxt konkret şəkildə açıqlamayıb. Bloomberg mənbələrinin məlumatına görə, Putin Trampın Ukraynanın Donbası tamamilə Rusiyaya verməsinə razılıq verdiyini düşünürdü.

The Washington Post-un mənbələri isə Rusiya prezidentinin 2022-ci ildə ilhaq edildiyi elan olunan Ukraynanın dörd vilayətinin hamısının Rusiyanın nəzarətinə keçməsini tələb etdiyini bildiriblər.

Vaşinqton isə öz növbəsində Ankoricdə hər hansı yekun razılaşmanın əldə edildiyini inkar edir və yalnız danışıqlar zamanı müəyyən təkliflərin irəli sürüldüyünü bildirir.

AzPost.az

Post navigation

Previous: 40-dan çox şagirdi olan siniflərin sayı açıqlandı
Next: Bakıda sabahdan 2530 avtobus işləyəcək

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.