Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukraynaya gedən xarici siyasətçilərə təhlükəsizlik zəmanəti verməkdən imtina etdi

User 15 Sentyabr 2026 - 22:44 (Last updated: 15 Sentyabr 2026 - 22:44)
rus xin

Qərb ölkələrinin siyasətçiləri və diplomatları Ukraynaya səfər edərkən riskləri “ayıq şəkildə qiymətləndirməlidirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Belə səfərlərin bəzilərindən əvvəl diplomatik kanallarla bizə müəyyən şəxslərin təhlükəsiz şəkildə keçidini təmin etmək barədə müraciətlər daxil olur. Bu cür müraciətlərə cavabımız dəyişməz olaraq belədir: əvvəllər açıq şəkildə səsləndirdiyimiz xəbərdarlıqlar qüvvədə qalır və Qərb siyasətçiləri ilə diplomatlar mövcud riskləri ayıq şəkildə qiymətləndirməlidirlər”, – Zaxarova deyib.

O əlavə edib ki, həmin ölkələrin nümayəndələrinin Ukraynaya səfərləri zamanı “heç kim onların təhlükəsizliyinə zəmanət verə bilməz”.

Rusiya XİN bu açıqlamanı Polşa sərhədi yaxınlığında Ukraynaya məxsus qatara Rusiya ordusunun hücumu ilə bağlı sualı cavablandırarkən verib.

Sentyabrın 13-də Volın vilayətindəki “Yaqodin” stansiyasında sərnişin qatarının lokomotivi vurulub.

Kiyevdə ehtimal edilir ki, hücumun hədəfi bir neçə Avropa İttifaqı ölkəsinin təhlükəsizlik məsələləri üzrə müşavirlərinin və Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun olduğu diplomatik qatar olub.

Hücum zamanı stansiyada dayanan digər qatarlardan birində isə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Devid Petreusun olduğu bildirilib.

Zaxarova onları “siyasi turistlər” və “VIP şəxslər” adlandırıb. Onun sözlərinə görə, Kiyev bu şəxslərdən “öz hərbi eşelonlarını ört-basdır etmək” üçün istifadə edir.

AzPost.az

Post navigation

Previous: “Brent” markalı neftin qiyməti 109 dolları ötüb
Next: Tofiq Zülfüqarovdan Ermənistanla bağlı açıqlama –

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.