TDT ölkələrinin müsəlman dini rəhbərləri Xankəndiyə gəlib

Sentyabrın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam və Xocalı şəhərlərindən sonra Xankəndiyə səfər ediblər.

Qonaqlar Xankəndidə Zəfər meydanı və Zəfər parkı ilə tanış olublar.

Daha sonra nümayəndə heyətinə şəhərdə aparılan bərpa, tikinti və abadlıq işləri barədə məlumat verilib. Qonaqlar Xankəndidə görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinə yola düşüblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.