Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 524 min 337,96 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 300,1 dəfə və ya 522 min 590,89 ton artım deməkdir.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 399 milyon 206,99 min dollar təşkil edib ki, bu da illik müqayisədə 510,8 dəfə və ya 522 milyon 590,89 min dollar çoxdur.
Səkkiz ayda Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,57 faiz olub.