Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

User 18 Sentyabr 2026 - 12:35 (Last updated: 18 Sentyabr 2026 - 12:35)

Rəqəmsallaşma və süni intellekt dövründə insan resurslarının idarə edilməsi təkcə texnoloji yenilik deyil, həm də gələcəyin dövlət modelinin formalaşması məsələsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Xankəndi şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşündə deyib.

M.Abbaszadə bildirib ki, süni intellekt dövlət orqanlarına böyük həcmdə məlumatları qısa müddətdə emal etməyə, tendensiyaları müəyyənləşdirməyə, dövlət qurumlarında çalışanları rutin işlərdən azad etməyə və vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmağa imkan verir.

Onun sözlərinə görə, heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz. O, etik mühakiməni, ictimai marağın mahiyyətini, vətəndaşın vəziyyətinə həssas yanaşmanı və qəbul edilmiş qərarın insana izah edilməsini əvəz etmək iqtidarında deyil.

“Buna görə fəaliyyətimizin dəyişməz təməl prinsipi son dərəcə birmənalı olmalıdır: Süni intellekt insana kömək edir, lakin insan haqqında, xüsusilə də onun dövlət qulluğuna qəbulu və karyerası barədə yekun qərar dövlətin və insanın müstəsna məsuliyyətində qalır”, – deyə DİM sədri vurğulayıb.

M.Abbaszadə Azərbaycanda kadr proseslərinin rəqəmsallaşdırılması sahəsində görülən işlərdən də danışıb. Qeyd edib ki, dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri – vakansiyanın elanından və müraciətlərin qəbulundan tutmuş elektron imtahanlara və onlayn müsahibələrə qədər rəqəmsallaşdırılıb.

Bildirilib ki, real vaxt rejimində işləyən Dövlət Qulluqçularının Vahid Reyestri fəaliyyət göstərir. Şəxsi işlərin aparılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, elektron kadr ehtiyatı, habelə qulluqçuların təlim və inkişaf prosesləri vahid rəqəmsal arxitekturada birləşdirilib.

DİM sədri vurğulayıb ki, rəqəmsallaşma özlüyündə son məqsəd deyil. Rəqəmsal həllər yalnız prosesi daha ədalətli, şəffaf, vətəndaş üçün anlaşıqlı və yoxlanıla bilən etdikdə dəyər qazanır.

AzPost.az

Post navigation

Previous: Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
Next: Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Oxşar xəbərlər

herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
qeza_polis
  • Sosial

Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı

User 02 Noyabr 2026 - 21:29
PENSIYA ISV
  • Sosial

Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

User 02 Noyabr 2026 - 21:00

xƏBƏR

herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
Pensiya yaşına yaxınlaşan insanların çoxu gələcəkdə nə qədər pensiya alacağını hesablamağa çalışır. Lakin bu zaman vacib bir...
Read more about Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?
Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı qeza_polis
  • Sosial

Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı

User 02 Noyabr 2026 - 21:29
Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir? iran fars korfezi
  • Dünya

Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir?

User 02 Noyabr 2026 - 21:19
Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər PENSIYA ISV
  • Sosial

Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

User 02 Noyabr 2026 - 21:00
Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi kreml
  • Dünya

Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi

User 02 Noyabr 2026 - 20:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.