Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ramiz Mehdiyevin məhkəməsi başlayıb

User 21 Sentyabr 2026 - 12:39 (Last updated: 21 Sentyabr 2026 - 12:40)
ramiz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. /APA/

AzPost.az

Post navigation

Previous: Sabah pensiyaların ödənişi yekunlaşacaq
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.