Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Bakıda insan alveri əleyhinə maarifləndirici tədbir keçirilib

User 21 Sentyabr 2026 - 10:55 (Last updated: 21 Sentyabr 2026 - 13:14)
qht insan01

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihəsi çərçivəsində növbəti tədbirini 18 sentyabr 2026-cı ildə Bakı şəhəri “Qobu park” yaşayış kompleksində keçirilib.

Tədbir Bakı şəhəri “Qobu park” yaşayış kompleksində məskunlaşan keçmiş məcburi köçkünlərlə keçirilib. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etdiyi görüşdə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov insan alverinin qurbanına çevrilmə və cinayətkar qrupların tələsinə düşmə hallarının baş verməməsi üçün maarifləndirici tövsiyələrlə çıxış edərək tədbir iştirakçılarına bu istiqamətdə geniş məlumat verib.

O çıxışında bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihəsi insanların insan alverinin qurbanına çevrilməməsi istiqamətində ölkəmizdə aparılan dövlət siyasətinin bir hissəsidir.

Görüş qarşılıqlı dialoq şəkilində və iştirakçıların çox fəal iştirakı ilə keçib. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsinə də böyük ehtiyac olduğu qeyd edilib.

Sonra ictimai birliyin sədri, Anar Xəlilov tədbirin keçirilməsində təşkilati dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, layihə çərçivəsində görüşlər Bərdə, Ağcabədi, Ağdam, Biləsuvar, Füzuli rayonlarında, Mingəçevir şəhərində və Bakı şəhəri “Qobu park” yaşayış kompleksində məskunlaşmış keçmiş məcburi köçkünlərlə keçirilib.

AzPost.az

Post navigation

Previous: Ət ölkəyə 4 manata gəlir, niyə 18 manata satılır? –
Next: 7 il əvvəl itkin düşən şəxsin qətli açıldı

Oxşar xəbərlər

a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06

xƏBƏR

isti hava
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25
Gələcəkdə istilik dalğaları son illərdə bəşəriyyətin üzləşdiyi anomal isti dövrlərdən daha amansız olacaq. Müxtəlif bölgələrdə 2015–2023-cü illər...
Read more about İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu
Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin qaraciyer
  • Sosial

Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin

User 05 Noyabr 2026 - 18:14
Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.