Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri xüsusi qanunvericilik bazasıdır

User 25 Sentyabr 2026 - 13:32 (Last updated: 25 Sentyabr 2026 - 13:32)

Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri xüsusi qanunvericilik bazasıdır

Bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biridir. Onun sözlərinə görə, zona şimal-cənub və şərq-qərb istiqamətlərində mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşir və investorlar üçün müxtəlif nəqliyyat-logistika imkanları təqdim edir.

Valeh Ələsgərov qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında dəmir yolu və digər nəqliyyat imkanları ilə yanaşı, yük hava limanının yaradılması da yüksək texnologiyalı sənaye sahələrinin cəlb edilməsinə imkan verəcək.

O vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının investorlar üçün əsas üstünlüklərindən biri xüsusi qanunvericilik bazasıdır.

“Ələt Azad İqtisadi Zonasında xüsusi qanunvericilik tətbiq olunur. Bu, investorlar üçün qaydaların uzunmüddətli və sabit olmasını təmin edir. Heç kim üç, beş və ya on ildən sonra oyun qaydalarının dəyişdirilməsindən narahat olmamalıdır”, – Ələsgərov bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında əsas məqsəd yüksək əlavə dəyər yaradan və məhsullarını əsasən xarici bazarlara ixrac edən şirkətləri cəlb etməkdir.

Onun sözlərinə görə, yaradılan xüsusi şərait Azərbaycanın kiçik və orta biznesinin maraqlarının qorunmasına, eyni zamanda ölkəyə yeni texnologiyaların və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin gətirilməsinə xidmət edir.

Ələsgərov əlavə edib ki, nəqliyyat-logistika infrastrukturu, xüsusi hüquqi rejim və investorların fəaliyyətinin qorunması Ələt Azad İqtisadi Zonasının Azərbaycanda yeni istehsal və ixrac imkanlarının formalaşdırılmasına töhfə verməsinə şərait yaradır.

AzPost.az

Post navigation

Previous: ​​​​​​​Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
Next: Emi Karlon: ABŞ TRIPP-i geostrateji risklərin azaldılması baxımından mühüm vasitə kimi qiymətləndirir

Oxşar xəbərlər

fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.