Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının binasına dron zərbəsi nəticəsində iki akademik ölüb.
Bu barədə “UNIAN“ Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodnıya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, daha bir neçə akademiklə əlaqə saxlamaq mümkün deyil.
Bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.