“Demokratiyanı Öyrənmə” İctimai Birliyi layihəsinin icrasını başa çatdırıb

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrə hüquqi yardım” layihəsinin icrasını yekunlaşdırıb.

Layihənin birinci mərhələsində Saatlı, Kürdəmir və İmişli rayonlarında hədəf qruplar və yerli vətəndaş cəmiyyəti nümayəndələri üçün 6 məlumat sessiyası təşkil edilib. Bu sessiyalarda iştirakçılara layihənin məqsədləri, hədəfləri, layihə çərçivəsində təklif edilən xidmətlər, müvafiq dövlət proqramları və qanunvericiliyin bəzi vacib məqamları haqqında məlumatlar verilib.

Layihənin növbəti mərhələsində isə hədəf qruplara hüquqi yardım xidməti göstərilib. Onlayn və hüquqi yardım qəbul günləri təşkil edilməklə göstərilən bu xidmətdən 100–dək vətəndaş faydalana bilib. Hüquqi yardım üçün müraciətlərin predmeti əsasən ünvanlı sosial yardım, məşğulluq və özünəməşğulluq, pensiya, əlillik, veteran statusunun alınması kimi məsələlərlə bağlı olub.

Bu xidmət çərçivəsində müraciət etmiş şəxslərə şifahi və yazılı hüquqi məsləhətlər verilib, dövlət orqanlarına ərizə və şikayətlər hazırlanıb və müvafiq dövlət orqanlarından daxil olan məktublara adekvat əlavə tədbirlər həyata keçirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.