Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Sumqayıtda QHT-lər üçün rəqəmsal kommunikasiya təlimi keçirilib

User 29 Sentyabr 2026 - 10:43 (Last updated: 29 Sentyabr 2026 - 12:26)
qht ce01

Sumqayıt Gənclər Evində “QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası” mövzusunda təlim keçirilib.

Təlim “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin açılışında birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, QHT-lərin gördüyü işi ictimaiyyətə düzgün çatdırması da onların fəaliyyətinin vacib hissəsidir. Onun sözlərinə görə, sosial mediada paylaşılan bir məlumat dəstəyə ehtiyacı olan insana çatmağa, yeni könüllülər cəlb etməyə və cəmiyyət üçün əhəmiyyətli problemə diqqət yönəltməyə kömək edə bilər.
Cəsarət Hüseynzadə qeyd edib ki, bunun üçün QHT-lər kimə müraciət etdiklərini, hansı mesajı çatdırmaq istədiklərini və paylaşımın nəticəsi olaraq nə gözlədiklərini əvvəlcədən müəyyənləşdirməlidirlər. O, iştirakçıları təlim zamanı suallar verməyə, təcrübələrini bölüşməyə və əldə etdikləri bilikləri təşkilatlarının fəaliyyətində tətbiq etməyə çağırıb.

Təlimçi Şahlar Abbasov QHT-lərin məqsədlərinə uyğun sosial media platformalarının seçilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, məzmun strategiyası və təsirli hekayələrin qurulması barədə məlumat verib. Qısa videoların hazırlanması, az resursla keyfiyyətli məzmun istehsalı və vahid vizual üslubun yaradılması da praktiki nümunələr əsasında müzakirə olunub.

Təlimdə, həmçinin, faktların yoxlanılması, mənbələrin göstərilməsi və həssas qruplarla etik kommunikasiya məsələlərinə toxunulub. İştirakçılar praktiki tapşırıqları yerinə yetirib və sosial media fəaliyyəti ilə bağlı suallarını səsləndiriblər. Təlim müzakirə və yekun tövsiyələrlə başa çatıb.

AzPost.az

Post navigation

Previous: Ağciyərləri qoruyan 7 qida –
Next: Lənkəranda dələduzluqla 150 min manat ələ keçirən şəxs saxlanılıb

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
İran ətrafında hərbi gərginlik yenidən yüksəlir. Son günlər Hörmüz boğazında tankerlərin partlayış və yanğınlara məruz qalması, Tehranın...
Read more about İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
Sabah 22 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.