2027-ci ildə maaş və pensiyalar artırılacaq– Prezidentdən mühüm açıqlama

Gələn il Azərbaycanda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, bununla bağlı artıq göstəriş verilib.

“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, – Prezident İlham Əliyev deyib.

Prezident vurğulayıb ki, sosial ödənişlərin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin tərkib hissəsidir.

“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – dövlət başçısı bildirib.

Beləliklə, Prezidentin açıqlamasına əsasən, 2027-ci ildə minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər üzrə artımlar olacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.