“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Bakıda “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda tədbir keçirilir.

Milli Məclis və MDB Parlamentlərarası Assambleyasının (MDB PA) əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, MDB PA Şurası Katibliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Türk Dövlətləri Parlament Assambleyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, alimlər və ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycan parlamentarizminin tarixində qadınların rolu, qadınların dövlət və cəmiyyət quruculuğunda iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və gender məsələləri müzakirə olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.